Qrant Şepps Odessa səfərindən imtina edib

  • By ilhame
  • 17 Mart 2024 09:41

Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps martın 7-də Ukraynaya sonuncu səfəri zamanı Odessaya getməkdən imtina edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti yazıb.

 

Şepps Kiyevdə Ukrayna rəhbərliyi ilə danışıqlardan sonra Odessaya səfər etməli idi, lakin son anda proqramın ikinci hissəsindən imtina edilməli olub.

 

Buna səbəb Britaniya kəşfiyyatının göstərdiyi real, hədəflənmiş raket zərbəsi təhlükəsinin olması idi. Məqalədə deyilir ki, nazirin səfər planını gizli saxlamaq cəhdlərinə baxmayaraq, rusiyalılar Şeppsin Odessaya getməsindən xəbər tutublar.

Gununsesi.info