Kopenhagen polisi isveçli iqlim fəalı Qreta Tunberqi Qəzza zolağında münaqişəyə qarşı nümayiş zamanı həbs edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.
“Polis həbs olunanların kimliyini təsdiqləməkdən imtina etdi, lakin Tələbələr İşğala Qarşı təşkilatın nümayəndəsi 21 yaşlı Tunberqin saxlanılanlardan biri olduğunu söylədi. Ekstra Bladet xəbər orqanı tərəfindən yayımlanan Tunberqin fotoşəkilində onun əlləri qandallı və çiyinlərində qara-ağ keffiyeh var”, – nəşr qeyd edir.
Materialın müəllifləri yazırlar ki, Tunberq tələbələrlə birlikdə Kopenhagen Universitetinin İsraillə əməkdaşlığına etiraz edib.
Onlar Danimarka təhsil müəssisəsinin rəhbərliyini İsrail dövlətini boykot etməyə çağırıblar.
Ötən il dekabrın 26-da Politico-nun Avropa bölməsi siyasətçilərin 2023-cü il üçün komik anti-reytinqini dərc edib.
Gununsesi.info