Qriqoryan “hərbi” mesaj verdi, iki ölkənin adını çəkdi

  • By Günel
  • 18 Sentyabr 2024 16:56

“Əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığımız 96 faizdən yüksək idi, bu gün isə həmin rəqəm 10 faizdən azdır”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bu dəyişikliyi hazırkı hakimiyyətin uğuru adlandırıb:

“Sözügedən göstərici son 3-4 il ərzində verilən qərarların uğurlu nəticəsidir. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində Fransa və Hindistan kimi bir neçə mühüm tərəfdaşımız var. Lakin bu istiqamətdə görülən işlərin daha səmərəli olmaslı üçün yeni tərəfdaşlar axtarırıq. Həmçinin biz hərbi-texniki istehsalın 25-30 faizinin Ermənistan daxilində olmasını hədəfləyirik”.

Gununsesi.info