Quba da avtobus azyaşlını vurub

  • By admin
  • 11 Yanvar 2017 22:30

img2289990

 

Quba rayonunda azyaşlını avtobus vurub.

Gununsesi.info məlumatına görə, hadisə rayonun Timiryazev qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yolu keçmək istəyən 2009-cü il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu marşrut avtobusu vuraraq xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Həkimlər A.Yusifova qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının oynaqdaxili sınığı diaqnozu qoyublar.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

Gununsesi.info