“Quba Palace Hotel”də kanatın qırılmasına görə cinayət işi açılacaq - DEPUTAT

  • By admin
  • 09 İyul 2018 16:09

 

Bu gün Quba rayonundakı “Quba Palace Hotel”ə məxsus kanatda baş verən hadisə texniki nasazlıqdan baş verib. Gununsesi.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Qubadan olan deputat Vahid Əhmədov bildirib.

 

V.Əhmədov rayondan aldığı məlumata əsasən, bir nəfərin öldüyünü, iki nəfərin xəsarət aldığını deyib:

“Xəstəxanaya yerləşdirilənlərdən biri artıq evə buraxılıb. Aldığım məlumata görə hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır”.

Deputat ölüm faktına görə cinayət işinin açılacağını istisna etməyib.

Quba Rayon Prokurorluğundan Modern.az-a araşdırmalar getdiyi üçün əlavə məlumat verilməyəcəyi bildirilib.

 

Qeyd edək ki, Quba Palace Hotel”in kanatının qırılması nəticəsində Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu dünyasını dəyişib. Həlak olan və yaralanan şəxslərin Rusiyaya məxsus SCADA” şirkətinin əməkdaşları olduğu bildirilir.