Quba sakininə zor tətbiq edən 3 nəfərdən ikisi tutulub

  • By admin
  • 25 Sentyabr 2017 12:08

hebs_58

3 nəfər Quba rayon sakininə zor tətbiq edib 95 manat pulunu alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 23-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində naməlum 3 nəfər Quba rayon sakini Firuz Yusifova zor tətbiq edib 95 manat pulunu alıblar.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov və Əflatun Əspəndiyev tutulub, 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Anar

Gununsesi.info