Quba ilə Qırğızstanın Kant şəhəri qardaşlaşır.Quba İcra Hakimiyyəti başçısının dəvəti ilə Qırğızstanın Kant şəhərinin meri Erkin Abdraxmanun rəhbərliyi ilə nümayəndə heyəti Quba şəhərində olub.
Bu barədə məlumat Gununsesi.info-ya Qırğızstanın Azərbaycandakı səfirliyindən verilib.
Səfər çərçivəsində Qırğızstanlı nümayəndə heyəti Qubanın turizm, sosial-qitisadi, kənd təsərrüfatı, sənaye potensialı, həmçinin tarixi yerləri vəmədəniyyəti ilə yaxından tanış olublar. Qonaqlar həçmçinin Qubada keçirilən ənənəvi alma bayramında iştirak ediblər.
Keçirlən görüşlərdə iki şəhər arasında, həmçinin ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin, həmçinin qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub.
Səfərin yekunu olaraq Quba ilə Qırğızstanın Çuy vilayətinin Kant şəhəri arasında qardaşlaşmış şəhərlər barədə niyyət protokolu imzalanıb.
Gununsesi.info