Quba-Xınalıq yolunda qar uçqunu oldu - FOTO

  • By admin
  • 25 Mart 2022 09:10

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Gununsesi.info xəbər verir ki, təbii hadisə yolun 36-cı km-də qeydə alınıb.

Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün, 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Gununsesi.info