Qubad İbadoğlu həbsdə aclıq edən alimə məktub yazıb

  • By admin
  • 11 Sentyabr 2024 21:25

“Fazil Qasımovun qardaşı Nazim Qasımov vəkil Bəhruz Bayramovla birlikdə professor Qubad İbadoğlu ilə görüşüblər. Qubad İbadoğlu Fazil Qasımova müraciət ünvanlayıb.

Az əvvəl vəkil Bəhruz Bayramov həmin müraciəti “Müdafiə Xətti”nə göndərdi”.

 

Gununsesi.info bildirir ki, bunu hüquq müdafiəçisi Rüfət Səfərov deyib.

Müraciəti olduğu kimi təqdim edirik:

 

“Əzizim Fazil,

 

Sənin halın məni çox məyus və pərişan edir, sənə görə narahatlığım

günü-gündən artır. Səndən gözlədiklərimin hamısını etdin və mənim səndən üzrxahlıq gözləntim yoxdur. Başımıza gətiriənlərə görə səndən və məndən üzr istənilənilməlidir. Açıqladığın situasiyada baş verənlər başa düşüləndir, onları anlayışla qarşılayıram.

 

Fazil, bilirsən ki, sənin xətrin mənim üçün çox əzizdir, səni əvvəlkitək

çox istəyirəm. Odur ki, sağlamlığın mənim və cəmiyyətimiz üçün çox

önəmlidir.

 

Fazil, səndən artıq dərəcədə xahiş edirəm, elə bu gün, bu saat, bu

dəqiqə, məktubu oxuyan kimi aclığı dayandır. Əgər sən də mənə

əvvəlkitək hörmət edirsənsə bunu bacarmalısan və etməlisən. Mənim səndən yaganə gözləntim budur. Mən səbirsizliklə sənin aclığı dayandımağına dair qərarını gözləyirəm.

 

Mən əminəm ki, biz tezliklə haqq etdiyimiz azadlıqda görüşəcəyik,

inan ki, hər şey sonda gözəl olacaq!

 

Hörmət və səmimiyyətlə,

 

Qubad İbadoğlu

31 avqust 2024”