Qubad İbadoğlu: “Minimum əmək haqqı 500 manat olmalı idi”

  • By admin
  • 05 Yanvar 2023 16:23
“Axır ki, bizi də eşitdilər, davamlı qınaqlardan sonra İlham Əliyev əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, minimum aylıq əməkhaqqının məbləğinin 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməsi barədə sərəncam imzaladı. Adətən bunu təqvim ili dəyişməmiş edirdilər. Amma bu il görünür ki, uzun müzakirələrdən sonra gec də olsa qərar veriblər”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu bildirib.
Ekspertin sözlərinə görə,   üzv olduğumuz Avropa Sosial Xartiyası qarşısındakı öhdəliyə görə ölkədə minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizindən yüksək olmalıdır:
“Bu isə o deməkdir ki, minimum əmək haqqı ən azı 500 manat təşkil etməlidir. Heç olmasa, 350 edərdilər, görəsən 345 manat kimin ağlının məhsuludur? İşləyənlərdən 5 manatı da kəsməyi qənimət biliblər”.
Qubad İbadoğlu onu da bildirib ki, minimum əmək haqqının artımı maaşları tarif dərəcələri ilə ödənənlərə təsir göstərəcək: “Minimum əmək haqqı həmçinin saata görə müəyyənləşdirilməlidir. Bundan sonra bu göstərici 1 saata 1 manat 76 qəpik edəcək, vergilərdən sonra təxminən 1 dollar”.
Adil Elxanoğlu
Gununsesi.info