Qubad İbadoğlu partiyasını buraxdı

Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının fəaliyyətinə xitam verilib.

Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən partiyanın sədri Qubad İbadoğlu açıqlama yayıb.

O bildirib ki, bu addım “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atılıb: “Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik”.

Mətləb Yaqublu
Gununsesi.info