Qubad İbadoğlu Ukraynadan medal aldı

  • By admin
  • 28 Fevral 2023 11:15
Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğıu Ukraynadan medal alıb.
Gununsesi.info-nun xəbərinə görə, buna səbəb Rusiyanın Ukraynaya işğal müharibəsində bu ölkəyə ciddi dəstəyi olub.
Ukrayna Zabitlər Birliyi tərəfindən mükafatlandırılan Qubad İbadoğlu deyib:
Fikrimcə, dünyanı azad və təhlükəsiz görmək istəyən hər kəs Ukraynanın qələbəsi üçün çalışmalıdır. Çünki, post-müharibə dövründə formalaşacaq yeni dünya düzəni xüsusilə də bizim coğrafiyada yerləşən ölkələrdə yaşayan xalqlara demokratik idarəçilik əsasında hüquqi dövlət qurmaq sahəsində yenidən şanslar yaradır.
Ukraynanın qələbəsi üçün ədalətli olan hər kər həm də ona görə çalışmalıdır ki, işğalçı Rusiya ordusunun, imperalist təfəkkürlü, şovinist, terrorçu xislətli Putin hakimiyyətinin sonu tezləşsin ki, Cənubi Qafqazda da sülh və əmin-amanlıq olsun.
Bu istiqamətdə etdiklərimiz ukraynalıların gördükləri işlə müqayisədə xırda görsənsə də xeyrə, gerçəklərin yalanlar üzərində qələbəsinə xidmətdir.
Dostumuz Elxan Nuriyevin təqdimatı ilə Ukrayna Zabitlər Birliyinin fəaliyyətimə dəyər verib məni mükafatlandırmasından qürurlanaraq sevincimi sizinlə də paylaşıram.
Arzum edirəm ki, tezliklə Ukraynadan qələbə xəbərini bölüşək”.
Mais
Gununsesi.info