Qubad İbadoğlunun həbs müddəti uzadıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.

Gununsesi.info – nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlanılma müddəti mayın 20-nə kimi uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu 7 aydır həbsdədir. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham edilir.

 

 

Gununsesi.info