Qubad İbadoğlunun müavini polisə çağırılıb

  • By admin
  • 15 İyun 2022 13:57

Böyük qrup siyasi partiyaları YAP-ın Şuşada təşkil etdiyi konfransa apardıqları halda ADR Partiyası İdarə Heyətinin üzvü, partiya sədrinin müşaviri, Qarabağ müharibəsi veteranı Hüseyn Məliki də bu saatlarda Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ADR Partiyasının sədri Qubad İbadoğlu bildirib:
“Ötən il 9 siyasi partiyanı qeydiyyata alsalar da bu il Ədliyyə Nazirliyinə 2 dəfə müraciət etməyimizə baxmayaraq, ADR Partiyasının qeydiyyatına əngəl törədilir, onu maksimum uzadırlar. Hakimiyyət də bəyan edir ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətinə şərait yaradılır, sərbəst birləşmə hüququna əməl edilir. Budur əsl gerçəklik”.

Günay 
Gununsesi.info