Qubad İbadoğlunun müşaviri saxlanılıb

ADR sədrinin müşaviri, İdarə Heyətinin üzvü Hüseyn Məlik bu gün səhər saatlarında 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxslər tərəfindən saxlanılıb.

Gununsesi.info bildirir ki, bunu ADR Partiyasının lideri Qubad İbadoğlu bildirib:

“Hüseyn bəyin hara aparılması barədə məlumatı dəqiqləşdirməyə çalışırıq. Saxlanmanın səbəbi və motivi də məlum deyil. Odur ki, əlavə məlumat əldə edən kimi sizi məlumatlandıracağıq”.

 

 

Gununsesi.info