Qubad İbadoğlunun səhhəti pisləşib

  • By ilhame
  • 25 Sentyabr 2023 22:41

Ötən həftənin şənbə və bazar günləri Bakı İstintaq Təcridxanasında saxlanılan Qubad İbadoğlunun səhhəti kəskin pisləşib. Şənbə günündən başlayan başağrısı və halsızlığın səbəbləri məlum deyil, çünki qardaşım hər hansı müayinədən keçirilmir, qan və digər analizlər aparılmır. Qardaşım özü ona verdiyimiz aparat vasitəsilə qanda şəkərini ölçüb, məlum olub ki, yeməkdən sonra şənbə günü 278 mq/dl, bazar günü isə 374 mq/dl-dir.

Müayisə üçün deyim ki, toxluq qan şəkərinin üst səviyyəsi isə 140 mq/dl-dir”.

Gununsesi.info bildirir ki, bunu hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul deyib.
Onun sözlərinə göfə, qardaşının tibbi göstəricilərinin saxtalaşdırılmasında müstəsna rol oyanayan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Qubad İbadoğluna qarşı tibbi terror həyata keçirir:

“Sentyabrın 20-də Avropa İnsan Haqları Məhkəməsi vəkillərin Qubad İbadoğlunun səhhəti ilə bağlı vəsatətini təmin etmiş, Azərbaycan hakimiyyəti üzərinə qardaşımın səhhəti ilə bağlı məsələləri konkret bəndlər üzrə araşdırmaq (müayinə və müalicələr aparmaq, xsətəxanaya köçürürlmə məsələsini nəzərdən keçirmək və sair) və bu barədə Avropa Məhkəməsini məlumatlandırmaq vəzifəsi qoymuşdu.

Belə görünür, ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov, İdarənin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədov və Bakı İstintaq Təcridxanasındakı Tibbi Sanitar Hissəsinin rəisi Rəşad Hüseynli Avropa Məhkəməsinin qətnaməsini saymırlar və bu saymazlığın Azərbaycan üçün hansı hüquqi nəticələr doğuracağı veclərinə deyil. Bu üç şəxs Avropa Məhkəməsinə göndərilən sənədlərin hazırlanmasında (saxtalaşdırılmasında) birbaşa iştirak ediblər.

Onu da deyim ki, Bakı İstintaq Təcridxanasında göstərilən tibbi xidmətin səviyyəsi bərbaddan da aşağı səviyyədədir. Bir-iki fakt deyim, Rəşad Hüseynlinin rəhbərliyi altında təcridxanada saxlanılanlara göstərilən tibb xiddmətin vəziyyəti barədə təsəvvürünüz olsun.
– USM müayinəsindən sonra bədəndəki geli silmək üçün salfetka əvəzinə A4 qrankadan istifadə olunur;
– Qan analizi götürən zaman gigiyenik normalara məhəl qoyulmur, analiz götürən şəxs əlinə əlcək taxmır, spirt və bu kimi digər dezinfeksiya məhlullarından istifadə olunmur. Qan analizləri kamerada götürülür, daha doğrusu saxlanılan şəxs qolunu qapıdakı nəfəslikdən bayıra uzadır, qan götürülür. Bu prosesdə jqutdan belə istifadə olunmur. Analizlərin acqarına götürülməsindən isə danışmaq yersizdir. Kefləri nə zaman istəyir, qanı o zaman götürürlər. Bir də ki, bunun heç mənası da yoxdur, çünki onsuz da nəticələr saxtalaşdırılır;
– Bu günədək qardaşımın hərarəti ölçülməsə də, Avropa Məhkəməsinə göndərilən sənədlərdə bu tibbi prosedurun mütəmadi aparıldığı yazılıb.

Qubad müəllim sonuncu məhkəmə prosesində Elnur Məmmədova və Rəşad Hüseynliyə sual verib ki, siz öz sağlamlığınızı əməkdaşı olduğunuz idarənin həkimlərinə etibar edərsiniz? Hər iki şəxs sussa da, bədən dili ilə “yox” deyib.

Gununsesi.info