Qubad İbadoğlunun sağlıq durumu ağırlaşır - VƏKİL

Hazırda həbsdə olan ADR Partiyasının lideri tanınmış iqtisadçı alim Qubad İbadoğlunun səhhəti günü-gündən pisləşir.

Bu barədə Gununsesi.info-ya onun vəkili Zibeydə Sadıqova bildirib. Onun sözlərinə görə, həbsxana şəraiti İbadoğlunun səhhətindəki problemləri daha ciddiləşdirib:

“Qubad İbadoğlu 6 oktyabrdan 12 dozalıq insulin iynəsi vurmağa başlayıb. 23 oktyabrda insulinin dozası 18-ə qaldırılıb. 28 oktyabrdan isə insulinin dozası 22-yə qaldırılıb”.

 

Şəbnəm

Gununsesi.info