Qubad İbadoğlunun tərəfdarları Ədliyyə Nazirliyi qarşısına toplaşıb

  • By admin
  • 24 Avqust 2022 12:41

Tanınmış iqtisadçı alim Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup fəalı Ədliyyə Nazirliyi qarşısında aksiya keçirir.

Gununsesi.info-nun xəbərinə görə, aksiyaya səbəb nazirliyin adıçəkilən partiyanı dövlət qeydiyyatına almamasıdır.

Fəallar bildirib ki, Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almamaqla qanunsuzluq edir.

Müxtəlif şüarlar səsləndirən fəallardan bir neçəsi nazirliyin qəbul otağına dəvət olunub.

Günay

Gununsesi.info