Qubada 2 nəfər intihar edib

Quba rayonunda iki nəfər intihar edib.

Gununsesi.info xəbər verir ki, rayonun Səbətlər kəndində yaşayan 1980-ci il təvəllüdlü Məmmədov Qoşqar Böyükoğa oğlu evinin giriş hissəsində özünü asaraq intihar edib.

Oxşar hadisə rayonun Atuc kəndində baş verib. 1983-cü il təvəllüdlü İsmət Sultanov evinin həyətindəki tövlədə özünü asaraq həyatına son qoyub.

Hər iki hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info