Qubada 2 nəfərdə 117 ədəd narkotik həb aşkarlandı - FOTO

  • By Günel
  • 13 Avqust 2025 08:56

Qubada polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan sakini Yadulla Səmədov saxlanılıb.

Onlardan külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi..info