Qubada 4 gün əvvəl kanalda batmış uşağın meyiti tapılıb

  • By admin
  • 04 İyul 2017 09:06

595b2bd606937_suda-batan-ushaq

Bu il iyunun 30-da Qubada kanalda batmış uşağın meyiti bu gün tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb.

Gununsesi.info