Qubada 82 yaşlı qadın evdə yanaraq ölüb

  • By admin
  • 22 Noyabr 2016 11:32

yanan-ev-yangin-yanqin-yangin

Quba şəhərində yanğın hadisəsi baş verib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə noyabrın 21-də saat 18 radələrində Quba şəhərində yaşayan 82 yaşlı Gövhər Əliyevanın evində qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra G.Əliyevanın yanmış meyiti tapılıb.

Araşdırma aparılır.

Gununsesi.info