Qubada ağıq qəza: 5 nəfər xəsarət aldı

  • By Günel
  • 12 Dekabr 2024 20:43

Quba şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, “VAZ” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri – 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info