Qubada ağır qəza - ÖLƏN VAR

  • By admin
  • 29 Dekabr 2017 08:40

Dünən axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, Qubanın mərkəzində 90 YA 078 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomaşın yolu keçmək istəyən 35-40 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info