Qubada ağır yol qəzası

Похожее изображение

 

Qubada ağır yol qəzası baş verib.

Quba-Xaçmaz yolunun Zəqdabi qəsəbəsi yaxınlığında Mercedess markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü Talıbov Vüqar Nazim oğlu həlak olub, sərnişin Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Allahverdiyeva Aygün Əhliman qızı yaralı vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəyə “Hər iki bud sümüklərinin yerini dəyişən sınığı” diaqnozu qoyulub, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

COMMENTS