
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Şimal bürosuna verdiyi məlumata görə, hadisə şəhərinHeydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, aralarında yaranmış münaqişə səbəbindən oğul atasına bir neçə bıçaq zərbəsi endirib. Hadisə yerinə “Təcili tibbi yardım” maşını gəlsə də, həkimlər onun xilas edə bilməyib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info