Qubada avtomobil dərəyə aşdı

  • By admin
  • 12 İyul 2017 10:48

562447

Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.info DİN-in istinadən xəbər verir ki, rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info