
Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də saat 1.00 radələrində Quba şəhəri ərazisində şəhər sakini Əvəz Məmmədov idarə etdiyi “Lada-Kalina” markalı avtomobillə yolu keçən həmyerlisi Rövşən Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info