Rubrikanın ilk qonağı Rusiyada yaşayan həmyerlimiz, milliyətcə yəhudi olsa da, Quba rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gəlmiş iş adamı, adı “Forbes”in milyaderlər siyahısında keçən Qod Nisanov haqqında olacaq.
Q.Nisanov Bakıda Maliyyə-kredit Texnikumunu bitirir. Onun bioqrafiyasında hüquq ixtisası üzrə sonradan ali təhsil aldığı qeyd olunsa da, hansı ali məktəbi bitirdiyi qeyd olunmur. Bir zamanlar Moskvada kütləvi şəkildə insanların ali təhsil haqqında diplomu çox rahatlıqla, yəni heç bir təhsil almadan əldə etməsini nəzərə alsaq, onun da bu yola əl atması istisna oluna bilməz.
O dövrdən yaranan dostluq münasibətləri sonradan Moskvanın “əmlak bölgüsü”ndə həlledici amil olur və Putinin tələbəlik dostu yəhudi əsilli gənclərlə ortaqlığa başlayır. İlham Rəhimovun Rusiya rəhbərliyi ilə şəxsi münasibətləri, Qod Nisanov və Zarah İliyevin böyük təcrübəsi nəticə etibarilə onları bu gün Mosvanın “əmlak kralı”na çevirib.
Hazırda Q.Nisanovun rəhbərlik etdiyi şirkətlərdə müxtəlif millətlərdən olan 20 mindən artıq işçi çalışır. Ortağı İlham Rəhimovun söylədiyinə görə, yaxın illərdə Türkiyədə biznes qurmaq niyyətləri var. Burada otelçilik və turizm sahəsində özlərini sınamaq istəyirlər. Hazırki fəaliyyət istiqamətləri sırasına isə ticarət və sərgi mərkəzləri, otelçilik və turizm, bazarlar və topdansatış mərkəzləri daxildir.
Azərbaycanı Rusiyada uğurla təmsil edən diaspor fəalı…
Qod Nisanov həm də lobbiçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Q.Nisanov bu uğurlu fəaliyyətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı, “Dostluq” və “3-cü dərəcəli vətənə xidmət” ordenləri ilə təltif edilib.
Sonda qeyd edək ki, Q.Nisanovun üç övladı var. Onun dəbdəbəli həyata meylli olmadığı, kifayət qədər sadə həyat tərzi keçirdiyi deyilir.
Bu da bir soydaşımızın uğur hekayəsi. Yazıya elə onun fikri ilə yekun vururuq: “Bizim uğurumuz üç səbəbə görədir: Sürətli şəkildə qərar qəbul etmək, başqalarının getməyə qorxduğu yerə getmək və təbii ki bir qədər də şans”.
Allah şansınızı açıq etsin!
Gununsesi.info