Qubada maşın azyaşlıları vurub – Ölən və yaralanan var

  • By admin
  • 03 Yanvar 2017 21:14

 083407dbe8c0cc3edf2e5463d8b4b9d8

 

Quba rayonunda ölümlə yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

“Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.

Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.

Quba rayon Polis Şöbəsi faktla bağlı araşdırmaya başlayıb.

 

 

Gununsesi.info