Qubada maşın dərəyə aşdı: ölənlər var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.

HTML tutorial

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi “Niva” markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info