Qubada meşəbəyini kim döyüb?

Qubada meşəbəyinin döyülməsi haqda məlumat yayılıb. 

Gununsesi.info xəbər verir ki, Şahin Qafarov adlı meşəbəyinin üzərində xəsarətlər olan fotosu sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, o ağacların kəsilməsinə etiraz etdiyi üçün döyülüb.

Bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Xəyal Talıbov Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Müvafiq ekspertiza təyin edilib.