Qubada oğul atasını avtomobillə vuraraq öldürdü

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

HTML tutorial

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi “Ford” markalı yük avtomobilini geri sürərkən maşının arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.