Qubada qaz tənzimləyicisi oğurlandı 70 ABONENT QAZSIZ QALDI

  • By admin
  • 19 Dekabr 2016 11:55

422599

Quba rayonunun Alekseyevka kəndində qaz tənzimləyici qurğu oğurlanıb.

Gununsesi.info-nun məlumata görə, bu səbəbdən kənddə 70-dən çox abonentin qazla təchizatında problem yaranıb. Hadisə yerinə Quba rayon Polis Şöbəsinin və Qaz İstismar Sahəsinin (QİS) əməkdaşları cəlb olunub.

QİS-dən verilən məlumata görə, bundan əvvəl rayonun Alpan və Barlı kəndlərində də oxşar hadisə olub. Hazırda kəndə mavi yanacağın verilməsi üçün işlər aparılır.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info