Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

17 İyul 2017 - 08:27

Qubada restoran, Bakıda iki avtomobil yandı, liftdə qalmış 8 nəfər isə xilas edildi- FHN

FHN

Qubada yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan restoranın mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakıda iki avtomobil yanıb.

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir avtomobil Bakının Sabunçu rayonunda yanıb. Səhiyyə Nazirliyinin balansında olan “Mercedes” markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Bakıda liftdə qalmış 8 nəfər xilas edilib.

Xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 8 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:37-da başa çatıb.

Gununsesi.info





loading...