Qubada və Sirvanda həm maşın, həm də ev yandı

  • By admin
  • 12 May 2017 07:48

yanan-ev

Quba və Şirvanda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Qubada yanğın vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin  mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Qubada yanğın hadisəsi baş verib. Yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün və 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan birmərtəbəli 1 otaqlı evin tavanı 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info