Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayon sakini Ayaz Xankişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobil Bakı şəhər sakini Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Bunun ardınca minik avtomobili Quba sakini Kamal Həsənovun idarə etdiyi “Volkswagen” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobilin sürücüsü Ayaz Xankişiyev və sərnişini, 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.
Gununsesi.info











