Prokurorluq Polşada saxlanılan sabiq icra başçısı barədə açıqlama yaydı

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyev həbs edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

HTML tutorial

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

2 oktyabr 2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb.

Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

Qeyd edək ki, sabiq icra başçısının Polşada saxlanılması Azərbaycanda birmənalı qarşılanmayıb. Ölkənin siyasi partiyları və QHT-ləri onun Ukrayna vətəndaşı olduğunu və sərbəst buraxılmalı olduğunu bildirib.

Gununsesi.info