![](https://www.gununsesi.info/wp-content/uploads/2017/01/abs-2-250x200.jpg)
![abs](https://www.gununsesi.info/wp-content/uploads/2017/01/abs-2.jpg)
ABŞ-ın Minnesota ştatının qubernatoru Mark Deyton çıxışı zamanı huşunu itirib.
Gununsesi.info “FowNews”ə istinadən xəbər verir ki, hadisə ştatın qanunvericilik orqanının toplantısında baş verib. 69 yaşlı qubernator gözlənilmədən çıxış nitqini dayandırıb və ləngərləyərək özüün saxlaya bilməyib və tribunanın üzərinə yıxılıb.
İclasda iştirak edənlər həmən ona yardıma qaçıblar. Onu başqa bir otağa aparıblar.
Qubernator qısa zamandan sonra ayılıb və tibbi müayinədən keçdikdən sonra evinə yollanıb.
Gununsesi.info