Qubernatorun köməkçisi polkovniki döyüb - ERMƏNİSTANDA QALMAQAL

  • By admin
  • 21 Sentyabr 2019 21:56

Ermənistan Silahlı Qüvvələrin polkovnik-lentenantı Vayots Cor vilayətində bir qrup şəxsin hücumuna məruz qalıb.

Gununsesi.org xəbər verir kİ, “Sputnik Ermənistan”-da yer alan məlumata görə, hərbçiyə vilayət qubernatorunun köməkçisi Arutyun Qriqoryan və adamları tərəfindən müxtəlif bədən xəsarətləri yetirilib.

Xəstəxanaya çatdırılan polkovnikin vəziyyətinin ağır olduğu bildirilib. Faktı Ermənistan Müdafiə naziri David Tonoyan da təsdiqləyib. O, polkovnikin yaşamaq şansının az olduğunu əlavə edib.

Bəzi mənbələrdə hadisədə vinayət qubernatoru Trdat Sarkisyanın da əlinin olduğu bildirilib.

A.Qriqoryan həbs edilib. Hadisənin səbəbləri ictimaiyyətə açıqlanmır.

 

 

Gununsesi.org