
Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Moderator.az-ın əməkdaşının “Ermənistan hökumətinin qərarı ilə “Artsax” Respublikasına dövlətlərarası kredit formasında 12 milyard dram kredit və 1,5 milyard dram isə bağışlama müqaviləsi əsasında vəsait ayrılıb. 10 noyabr üçtərəfli sazişi imzalayan dövlət və hökumət başçılarının 26 noyabr Soçi görüşü ərəfəsində belə bir qərarın qəbul olunması hansı məqsədi daşıyır?” sualını aşağıdakı kimi cavablandırıb:
Qeyd edək ki, Ermənistan Respublikası hökumətinin qərarı ilə qondarma “Artsax”a 13, 5 mlrd.dram ayrılıb. Bu barədə Ermənistanın Armenpres agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Ermənistan Respublikasının dövlət büdcəsindən 12 mlrd. dram dövlətlərarası kredit və 1, 5 mlrd. dram bağışlanma müqaviləsi əsasında vəsait ayrılıb.
Dövlətlərası borc “Artsax” hökumətinə illik 0,001 faizlə və 1yanvar 2025-ci ilədək ödənilməsi şərtilə verilir.
“Ermənistan Respublikası tərəfindən Artsax Respublikasına göstərilən yardım Artsax əhalisinə enerji təchizatı, qaz təchizatı və rabitə xidmətləri göstərmək üçün edilir. Eynilə 2021-ci ildə əmək haqları, müavinətlər, təqaüdlər, səhiyyə, sosial və təhsil proqramları üzrə dövlət büdcəsində noyabr ayında nəzərdə tutulmuş xərclərin maliyyələşdirildiyi kimi”.
Bu barədə hökumətin iclasında layihəni təqdim edərkən Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan məlumat verib.
O, qeyd edib ki, ilin əvvəlindən Artsaxa 199 mlrd.dramdan artıq maliyyə dəstəyi göstərilib.
Qeyd olunur ki, qərar layihəsi hökumətin 2021-2026-cı illər üçün planına əsaslanıb. Bu planın əsas müddəalarından biri Artsaxda müharibədən sonrakı vəziyyəti bərpa etməyə, iqtisadi həyatı fəallaşdırmağa və köçkün əhalinin sosial problemlərinin həllinə yönəlib.
Gununsesi.info