
Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının təhlili ölkəmizdə istintaq proseslərindəki qanunsuzluqların artmasını göstərir.
Buna səbəb isə şəxsi həbs edən qurumun onun istintaqını da özünün aparmasıdır.
Uzun müddətdir ki, Azərbaycanda Vahid İstintaq Orqanının yaradılması təşəbbüsü ilə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya bu mövzu barədə danışıb.
Azərbaycanda 8 dövlət orqanında İstintaq İdarəsinin olduğunu vurğulayan millət vəkili bunun anoloqonun olmadığını deyib: “İstənilən dövlət orqanı hansısa bir işlə bağlı istintaqını özü aparırı. Bu, belə olmamalıdır. Sovet dövründə belə 3 orqanda – Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsində bu səlahiyyət vardı. Amma indi bu rəqəm 8 -dir. Hesab edirəm ki, Azərbaycanda müstəqil formada fəaliyyət göstərən Vahid İstintaq Komitəsi yaradılmalıdır”.
Elmar Elnuroğlu
Gununsesi.info