
“Millət vəkilinə atəş açılması ağır hadisədir”.
Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
O qeyd edib ki, hadisə F.Mustafanın evinə çatdığı zaman maşının qapısını açıb düşdüyü anda baş verib.
“Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasını alacaq. Azərbaycanda ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır”, – millət vəkili qeyd edib.
Gununsesi.info