Bu gün İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müşaviri Əli Abbasi Xotbehsara və səfirliyin ikinci katibi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil-qərargahında BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüblər.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə BAXCP-nin baş katibi Yaşar Kələntərli, Ali Məclisin sədri Vaqif Abışov və BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də iştirak edib.