Qüdrət Həsənquliyev: “Problemli məsələlər mülki işlərlə bağlıdır”

  • By admin
  • 16 Noyabr 2016 13:18

qudret

Məhkəmələrdə mülki işlərə baxılması səviyyəsi dəhşətli vəziyyətdədir.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. Onun sözlərinə görə, məhkəmələrdə ən problemli məsələlər mülki işlərlə bağlıdır. “Burada məhkəmlərə vətəndaşı illərlə süründürməçiliyə salır və nəticə də məsələ də həllini tapmır. Elə olur ki, illərlə davam edən mülki mübahisəli məsələ məhkəmələrin bütün instansiyalarını keçir və iş Ali Məhkəmədə baxılandan sonra təkarar aşağı məhkəmə instansiyalarına araşdırlması üçün göndərilir. Bu anlaşılan deyil. Elə olmazmı ki, qanunvericilikdə dəyişiklik edilsin və iş yuxarı instansiya məhkəmləri şikayətə baxıb qərar versin. Yoxsa bu sahədə problem həllini tapmayacaq vətəndaş da bu süründürməçilikdən əziyyət çəkəcək. Ona görə də bu problemlərin həlli üçün qanunvericiliyuin təkmilləşdirilməsinə ciddi ehtiyac var “- deyə, millət vəkili vurğualyıb.

Millət vəkili bir daha komitənin ötən iclasında hakimlərin və vəkillərin sayının artırlması ilə bağlı məsələyə toxunaraq bildirib ki, hakimlərin və vəkillərin sayını artırmadan məhkəmələrdə ədalətli mühakimlərə nail olmaq mümkün olmayacaq. “ Təsəvvür edin Azərbaycanda 17 min insane bir vəkil düşürsə, Polşada 700 nəfərə, Açerikada isə 50 nəfərə bir vəkil düşür. Ona görə də Ədliyyə Nazirliyi məhkəmə-hüquq sistemində işin effektivliyini təmin edilməsi baxımından Azərbaycanda hakim və vəkillərin saqyının artırlması məsələsinə baxmalıdır”- deyə, millət vəkili bildirdi. Komitə sədri Əli Hüseynli millət vəkili səsələndirdiyi təkliflərə reaksiya verərk bildirdi ki, hazırda bu məsələlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqaməintə iş gedir: “Bununla bağlı işçi da fəaliyyət gösətiri. Kimin hansı təklifi varsa öz təkliflərini İşçi qrupa verə və ya bu prosesdə aktiv iştirak edə bilər”.

Mürtəza

Gununsesi.info