Millət vəkili, prezidentliyə namizəd-BAXCP sədri Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin müdafiəsinə qalxıb.
Gununsesi.info-nun xəbərinə görə, belə ki, martın 27-də İTV-də prezidentliyə namizdədlərin növbəti teledebatında çıxışı zamanı Q. Həsənquliyev Şeyxə qarşı ölkədə bəzi qüvvələr və şəxslər tərəfindən gözdənsalma kampaniyası aparıldığını deyib.
“Dünyanın heç bir yerində ölkənin dini liderinə qarşı belə bir hal baş vermir. Əksinə, orada dini liderə böyük hörmət qoyulur, o, bir növ toxunulmaz şəxsə çevrilir. Ancaq çox təəssüflər olsun ki, bizdə Şeyxə qarşı bəziləri tərəfindən gözdənsalma kampaniyası aparılır. Bu, qətiyyən düzgün deyil və yolverilməzdir. Ən azı 20 Yanvar hadisələri zamanı atdığı cəsarətli addımlara görə hər birimiz Şeyxə borcluyuq…” -deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info