Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.
Gununsesi.info xəbər verir ki, müzakirədə çıxış edən deputat Qüdrət Həsənquliyev qanun layihəsinin tənqid edib.
“Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanılırdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir.
Lakin əmək stajındakı fərqə görə işçinin ixtisar olunması, ayrı-seçkiliyə yol verilməsini, yaxud onlara fərqli məbləğdə kompensasiya verilməsini doğru saymıram.
Əvvəlki variant daha ədalətli idi, nəinki indiki. Biz sadə adamların, işçilərin hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə qanunun hazırlanmasında dünya təcrübəsindən istifadə olunduğunu söyləyib:
“Daha çox stajı olan adamın o müəssisədə daha çox xidməti var. Ona görə həmin şəxslərə işdən azad olunması üçün daha çox müddət verilir”.
Deputat Hacı Salayev də ixtisara salınacaq bütün işçilər üçün 2 aylıq müddət qoyulmasını təklif edib.
Etirazlara baxmayaraq, dəyişiklik səsə qoyularaq qəbul edilib.
Mürtəza
Gununsesi.info