Qüdrət Həsənquliyevin partiyasının adı dəyişdirildi

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adını dəyişib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Partiyanın növbədənkənar VII qurultayında qərar qəbul edilib.

Partiyanın adı dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olub.

P​​​​​artiya dəyişikliyin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəcək.

 

 

 

Gununsesi.info