Qüdrət Həsənquliyev Cavid Qurbanova başsağlığı verib

  • By admin
  • 30 Dekabr 2021 15:05

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatından kədərləndiyini bildirib və dərin hüznlə başsağlığı verib.

Qüdrət Həsənquliyevin redaksiyamıza daxil olan başsağlığı məktubunda Azərbaycan aşıq sənətinin nəhəng simalarından olan Aşıq Şəmşirin oğlu, Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri Qənbər Şəmşiroğlunun milli mədəniyyətimizin sütunlarından biri olan aşıq sənətinin qorunmasında və təbliğində müstəsna xidmətlər göstərən el ağsaqqalı olduğu bildirilir.

Qeyd olunur ki, milli aydınlarımızdan olan Qənbər Şəmşiroğlunun işıqlı xatirəsi daim onu tanıyanların və sevənlərin yaddaşında yaşayacaq.

Allah rəhmət eləsin.

Gununsesi.info