Qüds bizim qırmızı xəttimizdir - Ərdoğan

  • By ilhame
  • 11 Noyabr 2023 21:39

“Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır”.

Gununsesi.info “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısındakı çıxışında deyib.

O bildirib ki, indi əsas işlərimizdən biri də Fələstin üçün fondun yaradılmasıdır:

“Biz bərqərar olacaq sülhün qorunması üçün təminat da daxil olmaqla, səy göstərməyə hazırıq. İlk qibləmiz olan “Məscidül-Əqsa”nın yerləşdiyi Hərəmi-Şərifin müqəddəsliyinin pozulmasına da ayıq-sayıq olmalıyıq. Qüds bizim qırmızı xəttimizdir. Arzumuz budur ki, Qüds əvvəlki günlərinə qayıtsın”.

Gununsesi.info